İranın keçmiş XİN başçısı Xarazi ağır yaralandı, həyat yoldaşı öldü

saytların hazırlanması

Evə çatdırılma

İranın keçmiş XİN başçısı Xarazi ağır yaralandı, həyat yoldaşı öldü

Siyasət

02 Aprel 2026 01:09 515


İranın keçmiş xarici işlər naziri Kamal Xarazi çərşənbə günü Tehranda baş verən təyyarə hücumu nəticəsində ağır yaralanıb, həyat yoldaşı isə ölüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hökumət müşaviri olan Xarazi bir neçə həftə əvvəl CNN-ə müsahibə vermişdi. Marqarita pizza

"Shargh", "Etemad" və "Ham Mihan" qəzetlərinin məlumatına görə, onun Tehranda yerləşən evi çərşənbə günü ABŞ və İsrail tərəfindən endirilmiş hava hücumunun hədəfi olub. Həmin mənbələrin məlumatına əsasən, Xarazi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib, həyat yoldaşı isə ölüb.

Xarazi Nyu-Yorkda İranın BMT-dəki səfiri vəzifəsində çalışdıqdan sonra 1997-ci ildən 2005-ci ilədək islahatçı prezident Məhəmməd Xatəminin dövründə xarici işlər naziri olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!