“Mübarizə və mübarizə imitasiyası ayrı-ayrı şeylərdir. Mənim gördüyüm hələ ki, mübarizə imitasiyasıdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb.
O, qeyd edib ki, İranın məlum generalının ölümünə yas tutan birisi Azərbaycanda dövlət qurumunda məsul vəzifəyə götürülüb: Dominos pizza
“İran şəbəkəsinin Rusiyada ideoloji tapşırıqlarını icra edən birisi Bakının mərkəzində auditoriya yığıb kitab evində geniş təqdimat keçirir.
İranın iki qadın qarğasının dili ilə dövləti müdafiə edən televiziyanın qarşısında Azərbaycan əhalisinin 90 faizinin İrançı olduğu deyilir.
Kimdir axı bütün bu prosesin səlahiyyətli dəstəkvericiləri? Üstəlik də İranın son günlər atdığı addımlara qarşı televiziyalardan bəzən qulağımızı deşən təməlsiz və bəsit informasıya siyasətinə aid bir söz də söyləmək olmur...
Kimə deyəsən, hara anladasan? Savadsızlıqdan, qanmazlıqdan, naşılıqdan, biganəlikdən nə etdiyini bilməyənlərin ucbatından məkrli bir düşmənin qarşısında müqavimətsiz durumda qalıb bu ölkə üçün narahatçılıq keçirən insanlar. Heç bir prosesə zamanında hazır ola bilmirik”.
Telegram kanalımız