“İranın məzhəb siyasətinə qarşı Cənubi Azərbaycan məsələsini qaldırmalıyıq”

saytların hazırlanması

Evə çatdırılma

“İranın məzhəb siyasətinə qarşı Cənubi Azərbaycan məsələsini qaldırmalıyıq”

Siyasət

23 İyun 2022 20:17 2519


"İran Azərbaycana qarşı məzhəbsəl din altında fəaliyyətə keçib. Müsəlman Birliyi hərəkatı birbaşa İrana bağlı olan və İranın ali rəhbərini özlərinə rəhbər seçən bir təşkilatdir və onların rəhbərliyi Azərbaycan dövlətçiliyinə qarşıdir. Bu, birmənalı belədir".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

"İranın məzhəb siyasətinə qarşı biz Cənubi Azərbaycan məsələsini qaldırmalıyıq. Bizim İrana güclü şəkildə təzyiq və təsir etmək gücümüz var. Fars-sasani düşüncəsi məzhəb pərdəsi altında Azərbaycan dövlətçiliyinə qarşı ölkə daxilində iradəsi zəif olanlardan istifadə edir. Təssüf ki, ölkənin bəzi partiya sədrləri, xüsusilə AXCP sədri Əli Kərimli insan hüquqları adı altında İranın casus şəbəkəsini müdafiə edir", - deyə politoloq qeyd edib. Dördpendirli pizza

M.Əsədullazadə bildirib ki, Azərbaycan elə bir coğrafiyada yerləşir ki, cənubdan, şimaldan ölkəmizə qarşı təhdidlər olacaq:

"Ölkə daxilində heç bir dini təşkilatların siyasi fəaliyyətinə icazə verilməməlidir. Dindən birmənalı olaraq pozuculuq kimi istifadə edilir. Bu gün İranda cəmləşib terrorçu qruplar Azərbaycan dövlətçiliyinə qarşı sosial şəbəkələr vasitəsilə təbliğat aparır. Bunun qarşısının alınması üçün İrana əlimizdə olan vasitələrdən istifadə edilməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!