İranın Naxçıvana dron hücumu Cinayət Məcəlləsinin   bu maddələri ilə araşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

İranın Naxçıvana dron hücumu Cinayət Məcəlləsinin bu maddələri ilə araşdırılacaq

Kriminal

05 Mart 2026 16:48 337


İranın Naxçıvana dron hücumu Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 və 270-1.3-cü   maddələri ilə araşdırılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluğu mətbuat xidmətindən məlumat verilib.

Martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücumun həyata keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq) və 270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!