İranın silah ixracı 2022-ci ilin mart və dekabr ayları arasında keçən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artıb.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran müdafiə nazirinin müavini general Mehdi Fərrahi deyib.
O qeyd edib ki, müdafiə təyinatlı məmulatların ixracı tədricən inkişaf edir, bu il (İran təqvimi ilə 1401, 2022-ci il martın 21-də başlayıb) əvvəlki illə müqayisədə 3 dəfə artıb. Sezar pizza
Nazir müavininin sözlərinə görə, ölkədə hərbi sənaye kompleksinin intensiv inkişafına on il bundan əvvəl başlanılıb. Bunun nəticəsi yerli hərbi texnikanın təlimlərdə iştirakının nəzərəçarpacaq dərəcədə artması oldu: təkcə son bir ildə onun payı 10% artaraq 93%-ə çatıb.
İranlı general onu da qeyd edib ki, İranın dünyada müxaliflərinin sayı çox olduğuna görə respublikada müdafiə sənayesi özəl şəxslərin deyil, hökumətin əlində olmalıdır.
Telegram kanalımız