“İranın tutduğu yol istiqlal və demokratiya yoludur”

saytların hazırlanması

Evə çatdırılma

“İranın tutduğu yol istiqlal və demokratiya yoludur”

Dünya

06 Mart 2019 18:57 1135


“Biz bu gün aşkar və uca səslə bəyan edirik ki, İranın tutduğu yol istiqlal və demokratiya yoludur”.

Bu sözləri İran prezidenti Həsən Ruhani Lahican şəhərində xalq qarşısında çıxışı zamanı ABŞ-la münasibətlərdən danışarkən deyib.

O bildirib ki, ABŞ İranın 40 il əvvələ qayıtmasını tələb edir, lakin İran son nəfəsinə kimi  öz dəyərlərini qoruyacaq: “Hazırda İran adi bir şəraitdə yaşamır, iqtisadi müharibə aparır. Bu mərhələdə geri addım atmaq İran İslam İnqilabının əldə etdiyi bütün nailiyyətləri itirmək deməkdir.  Əminəm ki, İranın qəhrəman xalqı  meydanı heç vaxt  boş qoymayacaq”. Pepperoni pizza

H.Ruhani  İranın hazırda enerji sahəsində özünü təmin etmək gücünə malik olduğunu bildirib. “Ölkəmiz  sutkada  6.5 milyon litr dizel,  12.5 milyon litr  benzin idxal edirdi. Lakin bu gün benzini özümüz təmin etmək gücündəyik. 2018-ci ilin noyabr ayından benzin idxalı dayandırılıb”.

ONA.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!