“Ortada bir silah varsa, hətta divardan asılsa belə o, bir gün atəş atacaq. Ona görə də İranın Ermənistana satmaq istədiyi həmin o PUA-lar həm şantaj üçündür, həm də ola bilsin ki, haçansa istifadə olundu. Buna heç kim qarantiya verə bilməz. Amma İranın və Ermənistanın 5 başı olmalıdır ki, o silahı Azərbaycana qarşı istifadə etsin”.
Bu sözləri Yenisabah.az açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Hərbi ekspert “İranın Ermənistana satmağı planlaşdırdığı pilotsuz uçuş aparatları (PUA) yaxın perspektivdə Azərbaycan üçün bir təhlükə ola bilərmi” sualına şərh verib. pizza mizza
Mütəxəssisin sözlərinə əsasən, Azərbaycanın nə İran, nə də Ermənistanla bağlı hər hansı bir ərazi iddiası və problemi yoxdur:
“Problemi onlar özləri yaradırlar və özləri də yoluna qoymalıdırlar.
O ki qaldı İranın PUA-larına, gəlin, bunu çox da şişirtməyək ki, guya bunların böyük imkanları var. Dünyanın ən aparıcı ölkələri, əgər bir PUA-nı hazırlamaq üçün xeyli müddət vaxt sərf edirsə, hərbi sənaye kompleksi o qədər də güclü olmayan İran bunu il ərzində 200-300 civarında buraxması hələ çox böyük nəticədir. Nəzərə alsaq ki, ildə 365 gün var, bu zaman 365 gündə İranın buraxa biləcəyi PUA-ların sayı çox cüzi sayda olacaq. Hələ Rusiya da 2,400 ədəd PUA sifariş edib ki, onların buna hazırda çox böyük ehtiyacı var buna. Çünki Rusiya Ukrayna ərazisində müharibə aparır və İran özü belə heç o sifarişləri çatdırıb verə bilmir”.
Ü. Cəfərli əmindir ki, İran Ermənistana versə-versə 3-5 dənə PUA verə bilər ki, onu da hansısa sifarişlərin arasına salaraq göndərəcək:
“Sonrası nə olacaq? İran da, Ermənistan da çox gözəl bilir ki, üzük qaşı kimi hər tərəfdən çox pis relyefdə yerləşirlər. Yəni Azərbaycana qarşı olacaq təhdid birbaşa Türkiyəyə qarşı edilən bir təhdid sayılacaq.
Ataların yaxşı bir sözü var: “yüz ölçüb, bir biçməlisən”. Bunların hamısı sadəcə bir blef və hədə-qorxudur. Özləri-özlərindən xoflanırlar ki, guya buraya İsrail ordusu gəlib, sionist qoşunlar yığılıb və s. Ermənistan da, həmçinin, eynilə.
İndi də Müdafiə Nazirliyi xəbər verdi ki, Ermənistan Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub. Adamdan soruşarlar ki, sən atəşkəsi pozmaqla, təxribatla nəyə nail olacaqsan? Hücuma keçəcəksən? Sadəcə olaraq, onlar qan tökülməsinin marağındadırlar və çalışırlar ki, Azərbaycanla Ermənistan arasında sənəd imzalanmasın. Biz isə bilirik ki, bu küləklər haradan əsir. Lakin Ermənistan nə qədər ağlını başına yığsa, bir o qədər yaxşı olar. Zaman da, reallıqlar da çox dəyişib. Ona görə də 3-5 PUA-yla nəsə edəcəklərini gözləmirəm”.
İranın PUA-larından söz açan ekspert deyib ki, heç Rusiya belə bu PUA-larla istədiyinə nail ola bilmir:
“Məsələn, Rusiya Ukraynadakı müharibənin gedişatını dəyişmək üçün əvvəl İrandan 300 PUA almışdı, sonradan isə ruslar daha 200 PUA da aldılar. Heç bu PUA-lar da nəyisə dəyişmədi, çünki Ukrayna ordusu ağır döyüşlərlə öz ərazisini işğaldan azad etməyə davam edir”.
“Özü də ki, İranın Azərbaycanın acığına sınıq-salxaq bir binada konsulluq açması sadəcə bir biabırçılıq idi. Bu, ümumiyyətlə, böyük bir dövlətin adına utanc gətirən bir hadisədir ki, dünya da bunu gördü. Yəni konsulluğu bu gün açma, 1 həftədən sonra aç. Ən azından, heç olmasa, o binan bir abırlı vəziyyətə sal.
Onsuz da bu günləri yerində olmayan hikkələr və iddialar var. Biz onlara diqqət yetirsək, gərək, iş-gücümüzü ataq və onlarla məşğul olaq. Yaxşı olardı ki, İran öz daxilində qadınlarla olan problemləri və digər məsələləri yola qoysun. Həmçinin, İranın Azərbaycana qarşı ata biləcəyi, yaxud atmağa cəhd edəcəyi istənilən addım elə İranın öz içərisində çox böyük bir partlayışa gətirib çıxaracaq. Çünki İran ərazisində neçə milyonlarla soydaşımız yaşayır”, – əlavə edib.
Müsahibimiz bu kontekstdə Ermənistanı da bədbəxt adlandırıb:
“Ermənistan bədbəxt bir dövlətdir. Ona görə ki, onları əvvəl Rusiya istifadə edirdi, indi isə Ermənistanı Avropa ilə Qərb dövlətləri təyinatı üzrə istifadə edir. Ermənistan hələ də nə etmək istədiyini bilmir. Gah KTMT-dən gələn ilin fevralında çıxacağını deyir, gah da mən Qərb dəyərlərinə üstünlük verirəm deyib Fransayla ABŞ-ın yanına qaçır, nə bilim, daha yer qalmayıb.
Fikrimcə, bunlar bir müddətdən sonra sakitləşəcəklər. Ən azından, onları sakitləşdirəcək güclər də var, dövlətlər də. Elə Türkiyə və Azərbaycanın 2 gün bundan qabaqkı münasibətləri və bütün dünyaya verilən mesajları mənə elə gəlir ki, həm İran, həm də Ermənistan üçün yaxşı bir sakitləşdirici iynə rolunu oynacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız