İranın yeni səhiyyə nazirinin adı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

İranın yeni səhiyyə nazirinin adı məlum oldu

Dünya

04 Fevral 2019 21:28 1249


Səid Nəməki İranın səhiyyə, müalicə və tibbi təhsil naziri olub.

S.Nəməki parlament deputatlarının 229 lehinə, 25 əleyhinə və 4 bitərəf səslə etimadını qazanıb.

Professor Səid Nəməki əczaçılıq və immunologiya üzrə doktoranturanı bitirib. Şəhid Behişti Tibb Elmləri Universitetinin elmi heyətinin üzvü, İranın Proqram və Büdcə Təşkilatı sədrinin müavini, Səhiyyə Sığortası Milli Araşdırmalar Mərkəzinin siyasət şurasının üzvüdür. İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sabiq sədrinin müavini vəzifəsində çalışıb. pizza hut

O, İran inqilabından sonra həkim olmayan ilk səhiyyə naziridir.

Qeyd edək ki, İranın sabiq səhiyyə naziri Həsən Qazizadə Haşimi yanvar ayının əvvəllərində istefa verib. Qazizadə Haşimi İranın Səhiyyə Nazirliyi təqaüdçülərinin mükafatının ödənməsində gecikmənin olduğuna görə,istefa verdiyini bildirib.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!