“İranla danışıqlarda mürəkkəb vəziyyət yaranıb” - Angela Merkel

saytların hazırlanması

Evə çatdırılma

“İranla danışıqlarda mürəkkəb vəziyyət yaranıb” - Angela Merkel

Siyasət

11 Oktyabr 2021 00:14 1626


Almaniya kansleri Angela Merkel İranla nüvə sazişinin yenilənməsi ilə bağlı danışıqlarda mürəkkəb vəziyyətin yarandığını bildirib.

Yenisabah.az RİA Novostiyə istinadən xəbər verir ki, Merkel bunu bu gün İsrail Baş naziri Naftali Bennetlə birgə mətbuat konfransı zamanı bildirib.

Almaniya kansleri İranla Hərtərəfli Birgə Fəaliyyət Planını heç vaxt ideal saymadığını, lakin bunun Tehranın nüvə proqramı ilə bağlı hər hansı razılaşma olmamasından yaxşı olduğunu vurğulayıb: Dominos pizza

“Bu gün biz çox mürəkkəb vəziyyətdəyik. Çünki ABŞ-ın yeni administrasiyası nüvə sazişinə qayıdacağını vəd edib, lakin günlər keçir, İrandan danışıqların yenilənməsi ilə bağlı hər hansı işarə yoxdur. Hər gün İran uranı daha çox zənginləşdirir. Bu, kritik vəziyyətdir və biz bunu 3+3 formatında (Almaniya, Fransa, Böyük Britaniya və Rusiya, ABŞ, Çin) müzakirə etməliyik ki, bu, nə deməkdir. Mən burada Rusiya və Çini cavabdeh görürəm."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!