İran Azərbaycanın qonşusudur. Azərbaycan öz qonşuları ilə ərazi bütövlüyünə, suverenliyinə qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri əsasında münasibətləri davam etdirir.
Yenisabah.az xəbər verir ki, bunu “Asharq Al-Awsat”a geniş müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev deyib.
O əlavə edib: "Azərbaycan və İran tarixi qonşuluqdadır, lakin bu yaxınlarda Azərbaycanın İrandakı səfirliyinə hücum və səfirlik üzvünün öldürülməsi münasibətlərimizdə gərginliyə və anlaşılmazlığa səbəb olub. pizza
Hazırda diplomatik kanallar məşğuldur və İranın müvafiq rəsmiləri də Azərbaycanda səfər edir”.
Bu gərginlikləri və anlaşılmazlıqları yumşaltmaq üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir”.
Telegram kanalımız