İranla gömrükdə nə baş verir? – Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İranla gömrükdə nə baş verir? – Rəsmi açıqlama

Siyasət

19 Oktyabr 2021 12:55 6871


Ötən gün bəzi kütləvi informasiya vasitələrində İran-Rusiya birgə Ticari Palatasının direktorlar şurasının üzvü Seyid Cəlalifərin verdiyi açıqlamaya istinadən Astara gömrük-sərhəd keçid məntəqəsinin İran tərəfində böyük sıxlığın yarandığı barədə məlumatlar yayılıb və bunu guya Azərbaycan tərəfinin İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qəsdən etdiyi vurğulanıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə ilə bağlı açıqlama yayan Dövlət Gömrük Komitəsi bildirir ki, bu kimi məlumatlar əsassızdır və həqiqətə uyğun deyil. 

“Astara gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və İrandan Azərbaycana son on gündə əvvəlki günlərlə müqayisədə daha çox yük nəqliyyat vasitəsinin keçidi təmin olunub ki, İran rəsmisi bu statistikanı da öz ölkəsinin müvafiq qurumlarından rahatlıqla əldə edə bilər.  pizza mizza

İran tərəfində yaranan sıxlığa gəlincə isə qeyd edək ki, bu sırf İran tərəfində yaranan problemlərdən qaynaqlanır. Belə ki, oktyabrın 15-dən 16-na qədər 10 saat ərzində İran tərəfində kompüter sistemində yaranan nasazlıq və bu müddət ərzində yük avtomobillərinin keçidinin təmin edilməməsi, eləcə də İranın Astara şəhərində meyvə-tərəvəz anbarlarında yükləmə-boşaltma əməliyyatlarında mövcud olan uzun növbələr sıxlığın yaranmasına səbəb olub. 

İran tərəfindəki problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq və buna siyasi don geyindirmək yolverilməzdir və təəssüf doğurur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elcin
    Ermeniye oz qururunu donuza ,xaca satanda bes bilmirdin ay SATQIN agibetin sonlugunu .AR OLSUN SIZE!
    5 years ago
  • Təhməz
    5-6 il bundan qabaq iki dəfə İranda olmuşam. Hər dəfə gedəndə də qayıdanda da sıxlıq məhz Azərbaycan tərəfində olurdu. İran gömrükçüləri yoxlama və qeydiyyat işini çox sürətlə həll edirdilər. Bunun üçün 3-4 qeydiyyat yeri işləyirdi. Biri yalnız uşaqlar və qadınlar üçün idi ki, buda İranın qadınlara nə qədər dəyər verdiyinin göstəricisidir. Amma Azərbaycan tərəfində yalnız bir qeydiyyat keçid yeri işləyirdi. Gecə və ya gündüz fərq etmədən. Baxmayaraq ki növbənin sayı az qala 200 nəfərə çatırdı. Qeyd edim ki Rusiya federasiyasına da səfər etmişəm. Orada həm Azərbaycan tərəfi həm rus tərəfi bir çox vaxtlardan çox zəif işləyirdi. İran xalqını sevən dövlətdir, sizdən fərqli olaraq xalqa məxsus qazı qışda kubmetrini iki qəpiyə, yayda 8 qəpiyə verir. Sizlər yalan danışmağı və öz vətəndaşına zülm etməyi adət eləmisiniz.
    5 years ago
    • Qalib
      Qalib
      İran düşmənlərimizlə əlbir olub bizi talan edən alçaq dövlətdir. Onu tərifləyən də ondan pisdir. Öz axmaqlığı ucbatından İranın qazını alan olmadığından ucuz satır. Öz millətini də necə çox istədiyini çox yaxşı gprmüşük
      5 years ago  Like (0)