Oktyabrın 22-də Yardımlı rayonu Ostayır kəndi yaxınlığında İrandan Azərbaycan istiqamətində 2 nəfərin külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb.
Yenisabah.az xəbər verir ki, sərhəd pozucuları odlu silahdan atəş açıb. Əlbəyaxa döyüşdə sərhədçilər onları tərksilah etməyə nail olublar.
Araşdırma zamanı saxlanılan şəxslərin İran vətəndaşları – 1986-cı il təvəllüdlü Parsabad rayon sakini İbrahimzadə Canəli Səmiulla oğlu və 2003-cü il təvəllüdlü Gərmi rayon sakini Siyamək Fərzi Əzim oğlu olduğu müəyyən edilib. Dominos pizza
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız