Təbrizin keçmiş millət vəkili, İranın Tacikistanda keçmiş səfiri Əliəsğər Şeirdust Azərbaycan haqqında həqarətli fikirlər səsləndirib.
“Yeni Sabah” xəbər verir ki, bu haqda video sosial şəbəkələrdə yayılıb. “Klub Haus”da çıxış edən diplomat bildirib ki, İran rəsmiləri Azərbaycanda İran haqqında səslənən fikirlərə baş qoşmamalıdır:
“Onlara üz vermək lazım deyil. Cənubi Azərbaycan deyə bir şey yoxdur. Mən bunu vaxtilə Azərbaycanda televiziya kanallarında da demişəm. Dördpendirli pizza
İllər əvvəl onların böyük şəxsiyyətlərindən biri bizə qonaq gəlmişdi. O gedəndən sonra gördüm ki, anam su borusunu əlinə alıb xalçaları, evi yuyur. Dedim ki, niyə belə eləyirsən. Anam cavab verdi ki, onlar murdardır (daha təhqiramiz ifadə işlədir) ona görə də evi təmizləyirəm.
Bizim onlara baxışımız belə olub. Azərbaycan kimdir ki, İrandan torpaq iddiası etsin!?”
Diplomat həmçinin Cənubi Azərbaycanın müstəqilliyi ilə bağlı səslənən fikirləri zarafat kimi qəbul etməyin lazım olduğunu deyib.
Telegram kanalımız