İranlı diplomatdan qərəzli məqalə: ““Turan dəhlizi” doğrudur?”

saytların hazırlanması

Evə çatdırılma

İranlı diplomatdan qərəzli məqalə: ““Turan dəhlizi” doğrudur?”

Siyasət

29 Sentyabr 2022 14:13 1943


İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin “Khabar Online” saytında qərəzli məqalə yazıb.

“Yeni Sabah” Azad İran teleqram kanalına istinadən xəbər verir ki, o, yazıda qeyd edib ki, Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarının artmasının ardınca, bir sıra ekspertlər və KİV-lər Bakını Ermənistanın Sünik vilayəti üzərindən Naxçıvanla birləşdirən dəmir yolunu “Turan dəhlizi” adlandırıblar:

“Görünür, “tur” sözünün “türk”lə oxşarlığı bu insanların “tur”un türklə eyni olduğunu və Türkiyənin ideyası olan Böyük Türküstan ərazisində olduğunu təsəvvür etməsinə səbəb olub. Pepperoni pizza

Türkiyə mediasının və pantürkistlərin İran-Turan qarşıdurması mifini qabartmaq üçün hekayələr uydurmaqda məqsədlərindən biri də, İranı türkdilli ölkələri, yəni İranın qonşuları və dostları ilə qarşı-qarşıya qoymaqdır.

Bunları nəzərə alaraq, Azərbaycan-Ermənistanın dəmir yolu dəhlizi Turan dəhlizi adlanırsa, nəinki onun tarixi mənası və keçmişi yoxdur, hətta Türkiyənin öz gücünü şişirtmək və Qafqazda böyük qardaş mövqeyini möhkəmləndirmək istəyinə xidmət etmiş olacaq. Buna isə “türkdilli” adlanan dövlətlər belə inanmır.

Bəlkə də bu marşrutu Turan dəhlizi əvəzinə Azərbaycan-Ermənistan dəmir yolu dəhlizi, yaxud Şərq-Qərb dəhlizi və ya qalmaqalsız başqa adlarla xitab etmək daha yaxşıdır. Ehtiyatlı olaq ki, Türkiyənin oyununa gəlməyək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!