İranlı ekspert: Regional təhlükəsizlikdə Azərbaycanın da rolu var

saytların hazırlanması

Evə çatdırılma

İranlı ekspert: Regional təhlükəsizlikdə Azərbaycanın da rolu var

Siyasət

12 İyun 2023 11:26 562


"Bu gün region mühüm qlobal modelə və inkişafa doğru irəliləyir. Prosesdə region ölkələri, o cümlədən İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Azərbaycanla əlaqələr mühüm əhəmiyyət daşıyır".

Yenisabah.az "Qudsonline"a istinadla xəbər verir ki, bunu Türkiyə və Qafqaz məsələləri üzrə iranlı ekspert Rəsul Nouruzi deyib.

O, İran Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Türkiyənin yeni müdafiə naziri Yaşar Gülər​lə telefon danışığının ən vacib məqamlarına toxunub.  pizza sifarişi

Rəsul Nouruzi deyir: "Regional aktorların hər birinin öz rolunu oynaması və rolların düzgün bölüşdürülməsi vacibdir. Ölkələrin hər biri bu modeldə yaxşı yerləşdirildikdə regional nizam formalaşacaq".

O əlavə edib: "Qonşu ölkələr, xüsusən də Qərbi Asiya regionunda ümumi məqsədə çatmaq üçün bütün siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ortaq nöqtəyə çatmalıdırlar. Bu ortaq nöqtəyə çatdıqda, kollektiv təhlükəsizlik formalaşacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!