“İslam Respublikası müharibə istəməsə də, onların ABŞ-a İrana qarşı təhdidlərinin heç biri cavabsız qalmayacaq”.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandanı general-mayor Hüseyn Səlami deyib.
O bildirib: “Siz artıq bizi sınaqdan keçirmisiniz. Sizin və mənim (İran və ABŞ - red.) ortaq cəhətimiz odur ki, bir-birimizi tanıyırıq. Biz heç bir təhlükənin cavabsız qalmasına imkan verməyəcəyik. Biz müharibə axtarmırıq, amma müharibədən də qorxmuruq. Bu, cəmiyyətimizdə hökm sürən faktdır”. pizza
General qeyd edib ki, İsrail Qəzzəyə hücumunda mütləq uduzacaq, çünki İsrail aylarla davam edən müharibədən sonra kiçik bir torpaq parçasına sahib çıxa bilməyəcək.
Bundan əvvəl İordaniyadakı ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu barədə məlumat yayılmışdı. Hücum nəticəsində 3 amerikalı əsgər həlak olub, 40-a yaxın əsgər yaralanıb. Birləşmiş Ştatlar İranı insidentdə əli olmaqda ittiham edərək, sərt cavab verəcəyini vəd edib.
Telegram kanalımız