İranlı müxbirin karıxması:   Sosial şəbəkədə niyə tufan qopdu?

saytların hazırlanması

Evə çatdırılma

İranlı müxbirin karıxması: Sosial şəbəkədə niyə tufan qopdu?

Siyasət

23 İyul 2023 15:00 10839


Şuşa Qlobal Media Forumunda IRNA agentliyi müxbirinin davranışı sosial şəbəkənin İran seqmentində ciddi müzakirə və etiraz doğurub.

Yenisabah.az xəbər verir ki, Azərbaycanda yenidən təmsilçiliyini açan və IRNA-nın Azərbaycan dilində saytını işə salan dövlət agentliyi müxbirinin Azərbaycan Prezidentinə ingiliscə sual verə bilməməsi İranda kəskin tənqidlə qarşılanıb.

Sosial media istifadəçiləri IRNA rəhbəri Əli Naderinin də qatıldığı foruma hazırlıqsız iştirakı qeyri-peşəkarlıq kimi səciyyələndiriblər. Daha sərt rəylərdə həmin səhnə İran üçün "rüsvayçılıq" adlandırılıb. pizza hut

"Azərbaycanın media rəhbərləri ilə görüşmək və Dünya Media Forumunda iştirak etmək üçün Bakıya səfəri zamanı IRNA-nın Azərbaycan dilində saytı da açılıb və bunu Azərbaycan hakimiyyəti rəğbətlə qarşılayıb.

İlham Əliyev vurğulayıb ki, IRNA-Azərbaycan iki ölkə arasında əlaqələrin möhkəmlənməsində təsirli rol oynayacaq.

Media diplomatiyası sərfəli və daha az zərərlidir", - deyə Əli Naderi öz Twitter səhifəsində qeyd edib.

Onun bu şərhinə irad yoxdur, lakin özünün də iştirak etdiyi tədbirə niyə ingilis dilini bilməyən agentlik əməkdaşı aparmasının təəccüb və hiddət doğurmasında qeyri-təbii və qərəzli heç nə yoxdur.

Çoxsaylı şərhlə arasında bir sosial şəbəkə istifadəçisinin rəyi, xüsusilə, yaddaqalandır: "İranın bütün mənzərəsi IRNA müxbirinin ingiliscə sual verə bilmədiyi həmin anda əks olunub".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!