İranlı nazir: “Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı çox ciddi şəkildə araşdırılır“

saytların hazırlanması

Evə çatdırılma

İranlı nazir: “Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı çox ciddi şəkildə araşdırılır“

Siyasət

05 İyul 2023 14:35 896


Prezident İlham Əliyevlə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı aparılan araşdırmasının gedişatını müzakirə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə müzakirələr Hüseyn Əmir Abdullahianın iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.

Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib. pizza

Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!