Bu gün İran Xarici işlər naziri Cavad Zərif G7 sammitinin keçirildiyi Fransanın Biarritz şəhərinə gəlib.
“Yeni Sabah” “RİA Novosti”-yə istinadən xəbər verir ki, Zərif fransalı həmkarı Jan-İva Le Drianın dəvəti ilə Biarritzə gəlib. Bu barədə məlumatı İran XİN-nin nümayəndəsi Abbas Musəvi verib. Musəvi bildirib ki, Cavad Zərif Fransa Prezidenti Emmanuel Makronun nüvə razılaşması ilə bağlı təklifini müzakirə etmək üçün Biarritz şəhərinə gəlib.
Həmçinin xəbərdə qeyd olunub ki, İranın Xarici İşlər Nazirinin ABŞ nümayəndə heyəti ilə xüsusi görüşü nəzərdə tutulmayıb. Pepperoni pizza
Telegram kanalımız