Bu gün İraqın bir çox bölgəsini əhatə edən güclü qum fırtınası Bağdad da daxil olmaqla, ölkədə 3 beynəlxalq hava limanının bağlanmasına səbəb olub.
Yenisabah.az “əl-Sumariya”ya istinadla xəbər verir ki, görmə məsafəsinin icazə verilən 800 m ilə 300 m-dən aşağı düşdüyü Bağdad hava limanından başqa, Nəcəf və Süleymaniyyə hava limanları da fəaliyyətini dayandırıb. Uçuşların qəbulu və yola salınması növbəti xəbərdarlığa qədər tamamilə dayandırılır.
Bu günə qədər fırtınanın 2 minə yaxın zərərçəkmiş qeydə alınıb. Çoxları nəfəs almaqda çətinlik və boğulma əlamətləri ilə kömək istəyir. Hələlik ölümcül hadisə qeydə alınmayıb. pizza mizza
Telegram kanalımız