İraqda ümummilli matəm elan edildi

saytların hazırlanması

Evə çatdırılma

İraqda ümummilli matəm elan edildi

Dünya

03 Fevral 2024 20:02 793


İraq hakimiyyəti ABŞ Hərbi Hava Qüvvələrinin sərhəd bölgələrinə hücumu nəticəsində həlak olanların xatirəsinə ümummilli matəm elan edib.  

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd əl-Sudaninin fərmanında deyilir. 

“Bu gün, fevralın 3-də Anbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilir”, - fərmanda bildirilir.  Dominos pizza

İraq hökumətinin məlumatına görə, bombardman nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!