İrəvan Azərbaycanla 5 sərhəd məntəqəsi açmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

İrəvan Azərbaycanla 5 sərhəd məntəqəsi açmaq istəyir

Siyasət

19 Noyabr 2023 11:12 1561


Ermənistan “Dünyanın kəsişməsi” layihəsini videoçarxla təqdim edib.

Layihə Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında avtomobil, dəmir yollarının, boru kəmərlərinin, kabellərin və elektrik xətlərinin təmiri, tikintisi və istismarı vasitəsilə kommunikasiyaların inkişafının “erməni variantı”dır.

Baş nazir Paşinyanın israrla təbliğ etdiyi “Dünyanın kəsişməsi” adlı layihə Ermənistan-Azərbaycan sərhədində yol infrastrukturu üçün beş nəzarət-buraxılış məntəqəsi yaratmağı nəzərdə tutur. pizza sifarişi

Bu layihədə Ermənistan öz ərazisindən keçən dəmir və avromobil yollarını bərpa etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, “Dünyanın kəsişməsi” adı ilə Ermənistan hökumətinin təbliğ etdiyi bu layihə heç bir regional ölkə tərəfindən hələ ki ciddi qəbul edilməyib. (Axar.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!