“İrəvan Bakı ilə dəmir yolu əlaqəsini açmağa hazırdır” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“İrəvan Bakı ilə dəmir yolu əlaqəsini açmağa hazırdır” - Paşinyan

Siyasət

09 Fevral 2022 19:09 820


"Ermənistan Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsini açmağa hazırdır".

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.

“Brüssel və Soçi görüşlərindən sonra biz yol marşrutlarının tikintisi və bərpası ilə bağlı təkliflər hazırlayıb Azərbaycan, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik və Azərbaycandan müsbət cavab aldıqdan sonra biz bu prosesi həyata keçirməyə hazırıq”, - Paşinyan deyib. Toyuqlu pizza

Hökumət başçısı qeyd edib ki, dəmir yolu ölkələrin qanunları və suverenliyi çərçivəsində beynəlxalq qaydalara uyğun fəaliyyət göstərməli, dəmir yollarının birləşdirilməsi üçün parametrlərin razılaşdırılması zəruridir.

“Əslində, bu, beynəlxalq yükdaşıma vasitəsinə çevriləcək və ona görə də sənədin mümkün qədər tez bir zamanda imzalanması gərəkdir, - Paşinyan vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!