İrəvan bu gün Bakıya yeni təklif göndərib

saytların hazırlanması

Evə çatdırılma

İrəvan bu gün Bakıya yeni təklif göndərib

Siyasət

29 May 2022 17:55 4378


Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycana yeni, əslində isə köhnə olan təklif irəli sürüb.

Belə ki, Ermənistan XİN tərəflərin öz qüvvələrini “güzgü prinsipi” ilə sərhəddən geri çəkməyə çağırıb. 

Bu barədə Ermənsitan XİN-nin bu gün yayılan bəyanatında deyilir.  pizza hut

Ermənistan Xarici İşlər Nazirliyi iddia edib ki, 2021-ci ilin may ayından etibarən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan ərazisinə daxil olaraq 45 kvadrat kilometrdən çox ərazidə yerləşib. 

XİN Ermənistan tərəfinin dəfələrlə bəyan etdiyi Ermənistan-Azərbaycan sərhəd xəttindən qoşunların “güzgü prinsipi” əsasında geri çəkilməsinin zəruriliyini bir daha vurğulayıb: “Nəzərə alsaq ki, delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri komissiyası fəaliyyətə başlayıb,  hadisələr komissiyanın araşdırma və qiymətləndirmə obyekti olmalıdır”.

Ermənistan XİN iddia edib ki, 2020-ci il noyabrın 9-dan sonra Azərbaycan Silahlı Qüvvələrin Qarabağda sülhməramlı kontingentin məsuliyyət zonasında olan Fərrux kəndindən çıxarılmayıb.Cebhe.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!