İrəvan: Delimitasiyası üzrə komissiyaların yeni iclası olacaq

saytların hazırlanması

Evə çatdırılma

İrəvan: Delimitasiyası üzrə komissiyaların yeni iclası olacaq

Dünya

10 Fevral 2024 09:30 536


Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələlər müzakirə olunub.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan hökumətinin baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O bildirib: “Hər iki ölkə tərəfindən təsdiq edilmiş iş prosedurumuz var. Rəsmi olaraq dərc olunan çərçivədə görüşlərin nəticələri barədə məlumat verəcəyimiz barədə razılaşmamız var. pizza hut

Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik.

Qanuni əsası olan topoqrafik xəritələrlə məşğul olmağa çalışırıq. Bu xəritələrin hansı əsaslarla, hansı hüquqi əsaslarla tərtib edildiyi çox vacibdir ki, bu məntiq də Almatı Bəyannaməsinin məntiqindən irəli gəlsin”.

Qriqoryan Rusiya xarici işlər nazirinin müavininin yalnız Rusiya tərəfində lazımi materiallara malik olması barədə bəyanatına cavab olaraq deyib:

“Sərhədin delimitasiyası və demarkasiyası üçün çoxlu materiallara ehtiyac var. İş çoxdur və demək olmaz ki, hamı bir yerdə cəmləşib”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!