İrəvan ehtiyatda olan hərbçiləri orduya niyə çağırdı?

saytların hazırlanması

Evə çatdırılma

İrəvan ehtiyatda olan hərbçiləri orduya niyə çağırdı?

Siyasət

21 Avqust 2021 16:56 2093


Ermənistanın Azərbaycanla yenidən müharibə etmək üçün kifayət qədər hərbi qüvvəsi yoxdur. Bu mənada 25 avqust tarixində keçiriləcək üç aylıq hərbi-təlim toplantısı heç bir halda rəsmi İrəvanın yeni bir müharibəyə hazırlığı kimi qiymətləndirilə bilməz.

Yenisabah.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Teymur Qasımlı Ermənistanda ehtiyatda olan hərbçilərin üç aylıq hərbi-təlim toplantısı haqda qərarı şərh edərkən deyib.

“Bundan öncə də bənzər şəkildə Ermənistan ordusunda ehtiyatda olan hərbçilər üçün hərbi-təlim adı altında çağırış elan olunmuşdu. Lakin gözlənilənin əksinə, bu çağırışa maraq elə də çox olmadı. Dominos pizza

Ümumiyyətlə Ermənistan ordusu hazırda yeni bir müharibəyə girəcək qüdrətdə deyil. Xüsusilə də ölkədə səfərbərliyə cəlb ediləcək canlı qüvvə problemi hələ də aktualdır”, - politoloq bildirib./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!