İrəvan geri addım atdı - Əvvəlcə razı oldu,   Kremldən mesaj gələn kimi...

saytların hazırlanması

Evə çatdırılma

İrəvan geri addım atdı - Əvvəlcə razı oldu, Kremldən mesaj gələn kimi...

Siyasət

07 Aprel 2023 21:32 6914


Dünən Ermənistanın ABŞ-ın komandanlıq edəcəyi “Defender 23” təlimlərində iştirak edəcəyi açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Sabrina Sinq bildirib.

“Defender 23” təxminən iki ay davam edəcək və ABŞ ordusunun komandanlıq etdiyi illik hərbi təlimdir. Təlimlər 2021-ci ildən keçirilir. Sinq deyib ki, təlimdə 26 müttəfiq və tərəfdaş ölkədən 17 minə yaxın, Amerikadan 9 min hərbçi iştirak edəcək. pizza hut

Təlimlər 10 Avropa ölkəsinin ərazisini əhatə edəcək. Sinq məlumat verib ki, ABŞ-dan başqa Albaniya, Ermənistan, Bosniya-Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro və Hollandiya hərbçiləri təlimə qatılacaq.

Maraqlıdır ki, bu açıqlamadan sonra təlimin saytındakı rəsmi məlumatda dəyişiklik edilib və Ermənistanın adı iştirakçılar siyahısından çıxarılıb.

Ermənistanın “Hraparak” qəzeti niyə belə olduğunu bilinmədiyini yazır:

“Nə baş verdiyini söyləmək çətindir ki, İrəvan niyə əvvəlcə Qərb hərbi blokunun hərbi təlimlərində iştiraka razı olub, sonra isə gözlənilmədən bundan imtina edib. Bununla belə, təxmin etmək olar.

Çox güman ki, İrəvana Moskvadan təzyiqlər olub. Çünki Ermənistan hakimiyyəti bundan əvvəl KTMT-nin hərbi təlimlərindən imtina edib və son vaxtlar KTMT-yə qarşı davamlı demarşlarla məşğuldur. Bunun fonunda Ermənistan Müdafiə Nazirliyinin şərhi son dərəcə gülməli səslənir.

Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan “Defender 2023” çoxmillətli hərbi təlimində iştirak edib-etməyəkləri sualına cavab olaraq, Ermənistan Müdafiə Nazirliyinin ABŞ-ın təşkil edəcəyi iki təlimdə iştirak etməyi planlaşdırdığını deyib. Hər iki təlim bu il ərzində keçiriləcək, yəni Ermənistanın “Defender 23”də iştirak etməyəcəyini təsdiqləyib. O, Ermənistanın adının daxil edilib, sonra silinməsinə nəyin səbəb olduğunu açıqlamayıb”./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!