İrəvan KTMT missiyasını öz ərazisində yerləşdirməyə razılaşdı -   Paşinyandan geri addım

saytların hazırlanması

Evə çatdırılma

İrəvan KTMT missiyasını öz ərazisində yerləşdirməyə razılaşdı - Paşinyandan geri addım

Rəsmi

20 Aprel 2023 12:37 1308


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını öz ərazisində yerləşdirməyə hazırdır.

Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, ölkəsi KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır, lakin bunun effektiv olması lazımdır. Marqarita pizza

Paşinyan vurğulayıb: “Ermənistan buna hazırdır. Arzumuz və istəyimiz mümkün missiyanın effektiv olmasıdır”.

Onun sözlərinə görə, bu addımın atılması, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir: “Biz bu istiqamətdə işimizi davam etdiririk”.

Paşinyan onu da əlavə edib ki, Ermənistanın KTMT qarşısında öhdəlikləri olduğu kimi, KTMT-nin də Ermənistan qarşısında təhlükəsizliyin təmin edilməsi kimi öhdəlikləri var.

“Avropa İttifaqı Missiyası ilə KTMT-nin missiyasını müqayisə etmək olmaz. KTMT missiyasından gözləntilərimiz Aİ missiyasından daha çox olmalıdır”, - Paşinyan bildirib.

Xatırladaq ki, bu yaxınlarda KTMT Ermənistan və Azərbaycan sərhədinə missiya göndərmək üçün layihə hazırlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!