Naməlum şəxs İrəvandan Moskvaya uçan təyyarənin minalanması barədə məlumat verib.
Yenisabah.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi məlumat yayıb.
Təyyarə Şeremetyevoya endikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılacaq. pizza
“Şeremetyevo hava limanının elektron poçtuna İrəvan-Moskva reysinin minalanması təhlükəsi ilə bağlı anonim mesaj daxil olub”, - deyə FHN rəsmisi bildirib. O, dəqiqləşdirib ki, təyyarə havadadır, Şeremetyevoya endikdən sonra təhlükəsizlik qüvvələri onu yoxlayacaq.
Telegram kanalımız