“İrəvan Qarabağı Azərbaycan ərazisi saymır, ancaq Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməyə başlayır”

saytların hazırlanması

Evə çatdırılma

“İrəvan Qarabağı Azərbaycan ərazisi saymır, ancaq Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməyə başlayır”

Siyasət

10 Fevral 2022 00:34 1743


"Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən Azərbaycanla dəmir və avomobil yolunun açılışına hazır olduğunu bildirib. Rəsmi Bakı da kommunikasiya xətlərinin açılmasını istəyir".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

"Sadəcə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan kommunikasiya xətlərinin açılması nə dərəcədə maraqlarımıza cavab verir? Təsəvvür edin ki, İrəvan Qarabağı Azərbaycan ərazisi saymır, ancaq Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməyə başlayır. Bu milli və təhlükəsizlik maraqlarımıza ziddir", - deyə politoloq qeyd edib. Dördpendirli pizza

E.Şahinoğlu bildirib ki, hamıya dönə-dönə bəyan etməliyik ki, sülh sazişi imzalanmadan, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan kommunikasiya xətlərinin açılması mümkün deyil:

"Elə anlaşılmasın ki, Azərbaycan kommunikasiya xətlərinin açılması naminə Ermənistanın Qarabağla bağlı iddialarına seyrçi qalacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şəmsəddin
    Xankəndində bayrağımız dalğalanmayana qədər ermənistanla heç bir kommunikasiya xətti açılmamalıdır.
    4 years ago