“Əslində, münaqişə arxada qalsa da, Azərbaycan və Ermənistan arasında bəzi problemlər yerində sayır. İşğalçı, təcavüzkar və münaqişənin mənbəyi olmuş Ermənistana elə bir haqq və elə bir hüquq verilməyib ki, istədiyi dövləti və yaxud təşkilatı bu prosesə cəlb etsin”.
Bu sözləri Yenisabah.az- açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib.
O, rusiyalı siyasi ekspert Sergey Markovun “Paşinyan ya Rusiyanı münaqişəyə cəlb etməyə çalışacaq, ya da Rusiyanı Fransa, Aİ, ABŞ kimi düşmənlərilə əvəz edəcək” açıqlamasında münasibət bildirib: Sezar pizza
“30 ilə yaxın müddətdə Ermənistan prosesi beynəlmiləlləşdirməyə və digər tərəfləri prosesə cəlb etməyə çalışıb. Praqadakı dördtərəfli görüşdə də bunun şahidi olduq. Ermənistan keçmiş Minsk qrupunu ayrı ad altında regiona cəlb etməyə çalışdı. Həmçinin, Prezident Əliyev Aİ missiyasını Azərbaycan ərazisində fəaliyyət göstərmək imkanından məhrum edildi. Yaxud baxmayaraq ki, Azərbaycanın razılığı ilə Fransa yenidən prosesdə iştirak etmək hüququ qazanmışdı, o da bir addımı ilə həmin hüquqdan özünü məhrum etdirdi.
Azərbaycanın 11 mart 2022-ci tarixində açıqladığı 5 baza prinsipi əsasında təkliflərdən keçən sülh sazişinin imzalanmasıdır. Üstəlik, İrəvan 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il bəyanatlarından boyun qaçırmağa çalışır.
Bizim üçün istənilən platforma məqbuldur, yetər ki, həmin o platformada 5 baza prinsipi əsas götürülsün. Əks təqdirdə, heç bir dövlətin və yaxud təşkilatın, tərəflərin prosesə cəlb edilməsinə Azərbaycan imkan verməyəcək”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız