İrəvan sülhə hazırdır - Mirzoyan

saytların hazırlanması

Evə çatdırılma

İrəvan sülhə hazırdır - Mirzoyan

Dünya

27 Dekabr 2023 17:22 637


Ermənistan Azərbaycanla sülh yaratmağa hazırdır.

Yenisabah.az Sputnik Armenia-ya istinadla xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bildirib.

"Həqiqətən də mövcud olan çoxsaylı çətinliklərə və maneələrə baxmayaraq, Azərbaycanla sülhün əldə olunması ehtimalı var. Doğrudan da, bu fürsəti görürük. Biz də öz tərəfimizdən bunu edirik. Bu sülh prosesinin öz məntiqi nəticəsinə çatması üçün hər şey var”, - deyə Mirzoyan  İrəvanda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə mətbuat konfransında bildirib. pizza mizza

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla danışıqlarda xoş niyyətlə və konstruktiv şəkildə iştirak etmək qərarına gəlib, onun son məqsədi münasibətləri həll etmək və sülhü bərqərar etməkdir:

"Biz sülh prosesinə və regionda uzunmüddətli sülhün bərqərar olmasına sadiqik. Sülh sazişi layihəsi üzərində işləyirik. Bir neçə gün əvvəl Azərbaycandan təkliflər almışıq. Biz öyrənib lazımi cavab verəcəyik və təkliflərimizi təqdim edəcəyik. Konstruktivizmimizlə paralel olaraq, Azərbaycanın konstruktiv yanaşmasına ehtiyacımız var”.

Nazir əlavə edib: "Bəli, bu imkan, yəni sülhün bərqərar olması imkanı mövcuddur, bu, təkcə Ermənistanın deyil, həm də Azərbaycanın konstruktivliyindən asılıdır. Ümid edirik ki, Azərbaycan tərəfi bu konstruktivliyi nümayiş etdirəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!