“Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, ilin axırına qədər sülh sazişi imzalanacaq. Bu baxımdan, Ermənistan dövlətinin mövqeyi bəllidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev bildirib.
O, erməni KİV-lərinin noyabrda sülh sazişinin imzalanacağı ilə bağlı ortaya atdığı iddianı şərh edib: Pepperoni pizza
“Revanşistlər kifayət qədər güclüdür və onlar qisas əhval-ruhiyyəsi ilə yaşayırlar. Doğrudur, əhalinin və siyasi isteblişmentin əksəriyyəti başa düşür ki, revanşizm ideyası ilə yaşamaq nə ermənilərə, nə də Ermənistana xeyir gətirəcək. Onlar bilirlər ki, Azərbaycan 1990-cı illərdəki kimi zəif deyil, hazırda kifayət qədər gücü var.
Uzun illər Rusiyada yaşamış milyarder Ruben Vardanyan hazırda Qarabağa gəlib. O, siyasətə qatılmaq istəyini gizlətmir. Vardanyanın bu cür bəyanatlar verməsi, habelə sərhəddə atəşkəsin pozulması onu göstərir ki, revanşist qüvvələr Ermənistanı silkələmək istəyir. Onlara dəstək verənlərin böyük əksəriyyəti xaricdə yaşayan ermənilərdir”.
“Bəzən Ermənistanda olan ermənilərə yazığım gəlir, hərçənd ki, törədilən əməllər yada düşəndə adamın yazığı da gəlmir. Amma xaricdəki ermənilər onları oyuncaq kimi oynadırlar. Onları qurbanlıq quzu kimi ortaya atmaq istəyirlər ki, növbəti qısamüddətli hərbi çaxnaşmada xeyli erməni qırılsın, ondan sonra bütün millət yalvara-yalvara razılıq versin ki, gəlin, sülh sazişini imzalayaq”, - deyə şərhçi əlavə edib.
Paşinyan və onun komandası əslində, bunu dərk edib. Çünki özünü, ölkəsini və xalqını çox istəyir və başa düşür ki, başqa yol yoxdur”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız