Aprelin 20-də İrəvanda Ermənistan, İran və Hindistan XİN-ləri arasında üçtərəfli formatda ilk siyasi məsləhətləşmələr keçirilib.
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, nümayəndə heyətlərinə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, İran XİN-in Cənubi Asiya Departamentinin rəhbəri Rəsul Musəvi və Hindistan XİN Baş Ərazi İdarəsinin rəisi Citender Pal Sinq rəhbərlik ediblər.
Görüşdə siyasi, iqtisadi, regional kommunikasiyalar ilə bağlı məsələlər müzakirə edilib, mədəni və şəxsiyyətlərarası əlaqələrin dərinləşdirilməsi perspektivləri və müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığın əsas istiqamətləri müəyyən edilib. Dominos pizza
Tərəflər üçtərəfli formatda əməkdaşlığa yönəlmiş məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
Telegram kanalımız