İrəvanda kütləvi dava: Nəqliyyatın hərəkəti iflic oldu

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda kütləvi dava: Nəqliyyatın hərəkəti iflic oldu

Rəsmi

16 Aprel 2023 17:25 1205


Bu gün, aprelin 16-da İrəvanda kütləvi dava olub.

Yenisabah.az xəbər verir ki, saat 10:50-11:10 radələrində Davitaşen-Aştarak avtomobil yolunun arasındakı hissədə 20-dən çox gənc avtoxuliqanlıq məqsədilə yolu kəsərək, bir-birini nalayiq sözlərlə təhqir və “linç” ediblər.

Hadisə yerindən çəkilişlər edən fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, toqquşmaya iki avtomobilin toqquşması səbəb olub. Hadisə zamanı heç kimə zərər dəyməyib. Lakin nəqliyyatın hərəkəti iflic olub. pizza hut

Dərhal hadisə yerinə gələn Ermənistan Daxili İşlər Nazirliyinin polis patrul xidmətinin əməkdaşları davanın bir neçə iştirakçısını saxlaya bilsə də, onlardan bəziləri patrulçuların maşınlarını görərək qaçıblar.

Ermənistan İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsinin Ajapnyak və Davitaşen inzibati rayonlarının istintaq şöbəsində baş verənlərlə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Polis və patrul xidməti istintaq şöbəsi ilə birlikdə davanın digər iştirakçılarının da müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər görür./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!