İrəvanda vandalizm: Rusiyada cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

İrəvanda vandalizm: Rusiyada cinayət işi açıldı

Dünya

30 Yanvar 2024 12:50 577


Rusiya Federasiyasının İstintaq Komitəsi İrəvanda Leninqrad blokadası uşaqları abidəsinin təhqir olunması ilə bağlı iş açacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə RF İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin göstəriş verib.

İstintaq Komitəsinin Telegram kanalında yerləşdirilən məlumata görə, insidentin bütün halları Rusiya Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müəyyən ediləcək. Toyuqlu pizza

İrəvanda Leninqrad blokadası uşaqları abidəsi təhqir olunub.

Samvel Şirinyan adlı İrəvan sakini Rusiyanın üçrəngli bayrağının əks olunduğu lentləri cırıb, onları tapdalayıb və öz hərəkətlərini anti-Rusiya ritorikası ilə izah edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!