İrəvandan Qarabağa qaz nəqli:   Niyə icazə verməliyik?

saytların hazırlanması

Evə çatdırılma

İrəvandan Qarabağa qaz nəqli: Niyə icazə verməliyik?

Siyasət

09 İyul 2023 18:58 4090


Erməni saytlarının bugünkü əsas xəbəri Ermənistandan Qarabağa qaz nəqlinin bərpası ilə bağlıdır. Ermənistandan Qarabağa qaz nəqli qanunsuzdur. Ermənistan Azərbaycan torpaqlarının işğalının ilk illərində ərazimizə qanunsuz boru xətti çəkib və həmin boru xətti ilə Rusiyadan aldığı qazı Qarabağa nəql edir.

Yenisabah.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra həmin boru xəttinin bir hissəsi nəzarətimizə keçib: pizza hut

“Humanizm prinsipləri nəzərə alınaraq, qazın nəqlinə mane olunmayıb. Ancaq bu, müvəqqəti xarakter daşımalıdır, çünki Azərbaycanla Ermənistan arasında bununla bağlı heç bir saziş olmadığı halda qonşu ölkədən Qarabağa qanunsuz qaz nəqli məsələsinin həllinə ehtiyac var. Azərbaycan qaz ölkəsidir və uzaq ölkələri mavi yanacaqla təchiz edir. Azərbaycan Qarabağın tamamını qazla təmin etmək iqtidarındadır. Ancaq bunun üçün Qarabağ erməniləri 1) Azərbaycan qanunları ilə yaşamalı; 2) digər vətəndaşlarımız kimi istifadə etdikləri qaza görə pul ödəməlidirlər.

Qarabağ erməniləri bu iki şərtimizi qəbul etməyərək, Azərbaycan qazından imtina edərlərsə, Ermənistandan Azərbaycana qaz nəqli dayandırılmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!