İrəvanın Bakıya hiyləsi: Proses “meydana doğru” gedir…

saytların hazırlanması

Evə çatdırılma

İrəvanın Bakıya hiyləsi: Proses “meydana doğru” gedir…

Siyasət

17 Aprel 2023 22:55 879


Ermənistan hökuməti 2022-ci ildən indiyə qədər Azərbaycanla aparılan danışıqlarla bağlı hesabat açıqlayıb. Danışıqların 5 istiqamətdə həyata keçirildiyi bildirilir: sülh müqaviləsi, “Qarabağ problemi”nin həlli, nəqliyyatın blokadadan çıxarılması və iqtisadi kommunikasiyaların yaradılması, sərhədlərin demarkasiyası və təhlükəsizlik, humanitar məsələlər.

Hesabatda da qeyd olunur ki, rəsmi İrəvanın əsas prioriteti 29,8 min kv.km ərazidə təhlükəsizliyin təmin edilməsidir.

Azərbaycan bununla bağlı rəsmi mövqeyini açıqlayıb: İlham Əliyev bu ilin martında bəyan etdi: “Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır”. Marqarita pizza

Ermənistanın mövqeyi belədir ki, Qarabağ məsələsini sülh sazişindən ayıra bilərlər, lakin bunun üçün “Xankəndi-Bakı” formatı qurulmalı, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxalq mexanizmlər formalaşdırılmalıdır. Bu, separatçıları “tərəfə” çevirmək, Qarabağ münaqişəsini “hüquqi müstəvidə” saxlamaq və “ermənilərin hüquq və təhlükəsizliyi” adı altında iddialarını davam etdirmək deməkdir. Bakıya diplomatik fırıldaq gəlmək istəyirlər.

44 günlük müharibədən sonra Ermənistanın sərgilədiyi mövqe sülh müqaviləsini imzalamaq niyyətində olmadıqlarını göstərir. 30 ilə yaxın müddətdə danışıqlar prosesini də belə uzadırdılar, yekunda hər şey müharibə meydanında həll olundu, indi də analoji vəziyyəti yaradırlar.

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!