Siyasi şərhçi Tofiq Abbasovun “Yeni Sabah”a müsahibəsi:
- Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində verdiyi bir çox açıqlamalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında Rusiyanın təşəbbüsü Aİ-dən geri almaq cəhdi kimi qiymətləndirilir. Bu fikirlə razısınız?
- Birincisi, Rusiya bölgədə daim mövcuddur. Çünki Qafqazın bir hissəsi Rusiya ərazisidir. Digər tərəfdən, Rusiya Azərbaycan və Ermənistanla əməkdaşlıq etməkdə maraqlıdır. Düzdür, Rusiya ilə Ermənistanın arasında quru sərhəd yoxdur. Bir neçə beynəlxalq qurumda da müştərək üzvlüyümüz var. Məsələn, ən azı MDB-də. Pepperoni pizza
Ermənistan-Azərbaycan münaqişəsində qarşıdurmanın dayanmasında Rusiyanın rolu var. İlk növbədə gəlin, yada salaq, 1994-cü ildə atəşkəs əldə olunanda, eləcə də 2016-ci il aprel hadisələrində Rusiya vasitəçi idi. Nəhayət, üçtərəfli bəyanat və indiki şərait...
- Yəni Rusiyadan sonrakı perspektivdə hər hansı bir kəskin hərəkət gözlənilmir?
- Rusiya bölgəyə hansısa qara niyyətlərlə gəlir və yaxud təxribat törətmək niyyəti var, demək olmaz. Aydın məsələdir ki, böyük dövlətlər, iri güc sahibləri istəyirlər ki, dünyanın bütün bölgələrində öz mövcudluğunu təmin etsinlər. Çünki Rusiya üçün də son dərəcədə vacib bir məsələdir. Çünki Rusiya burada təsadüfi oyunçu deyil. Kimsə bunun əksini deyirsə, bu, çox yanlış yanaşmadır.
Bəli, bizim üçün bəllidir ki, Boris Yeltsinin dövründə Rusiya ermənipərəst mövqe göstərirdi, yaxud ondan öncə, SSRİ zamanında, Qorbaçovun dövründə Moskva çox riyakar və sürüşkən bir mövqedən çıxış edir, erməni separaçtılığına dəstək verirdi. Ancaq diplomatiyanın gücü və vəzifəsi nədən ibarətdir? Özü üçün əlverişli olmayan məqamların hamısını aradan qaldırsın və mənfi cərəyanları müsbətl'rlə əvəzləsin. Bu baxımdan, Azərbaycan diplomatiyası özünü çox uğurla təsdiqləyib.
Bəli, Rusiya daxilində sırf ermənipərəst qüvvələr var, onlar Azərbaycanın maraqlarına zidd hərəkətlər edir. İstər Zatulin olsun, istər Milonov, çoxdur. Ancaq bu, o demək deyil ki, rəsmi Moskva ermənilərin yedəyində gedir. Əksinə, rəsmi Moskvanın ən böyük marağı Azərbaycanla münasibətləri genişləndirməkdir. Çünki şimal-cənub dəhlizlərinə yanaşmalarımız ümumidir və bu baxımdan Azərbaycan açar dövlətdir.
- Yəni Rusiya-Ukrayna müharibəsinin getdiyi bir məqamda Moskva Azərbaycan və Ermənistan arasındakı prosesləri unutmur?
- Rusiyanın öz yeri var, Aİ-nin öz yeri. Gözləntilər bir qədər haçanır. Çünki Rusiyanın önəm verdiyi proseslər geosiyasi müstəvidədir, Aİ-nin isə fəallığı geoiqtisadi müstəvidə.
Onlar Azərbaycanı özlərinə ən etibarlı tərəfdaş sayırlar. Rusiya və Aİ arasında münasibətlərdə gərginlik var, amma bunun bizə aidiyyəti yoxdur. Mövqelərimiz və yanaşmalarımız aydındır. Yəni örtülü bazar söhbəti burada ola bilməz.
Bəzi adamlar xülyalarını həqiqət kimi qələmə verirlər. Məsələn, Ukrayna bizə aid məsələ deyil. Bəli, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik, eləcə də istənilən digər dövlətin. Ancaq Ukrayna-Rusiya müharib'si bizim müharibəmiz deyil. Yalnız beynəlxalq hüquqdan irəli gələn tələblərə hörmətlə yanaşıb onları üstün tuturuq.
Azərbaycan diplomatiyasının məharəti budur. Məsələn, İranla İsrail arasında çox gərgin münasibətlər var, demək olar ki, müharibə şəraitindədir. Amma hər iki ölkə ilə çox yaxşı münasibətlərimiz var. Biz çevik və üstüörtülü mətnləri üstün tutmuruq. Əksinə, istənilən mərkəzlə və dövlətlə münasibətlərimizdə çalışırıq ki, aydınlıq və şəffaflıq yaransın.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında da moderator birmənalı olaraq Moskva olmalıdır. Başqa heç bir seçim yoxdur.
Rafi MÜSLÜMOV
Telegram kanalımız