IRNA agentliyi Azərbaycanda öz bürosunu açacaq

IRNA agentliyi Azərbaycanda öz bürosunu açacaq

Yazar Veb saytların hazırlanması

21 İyul 2023 21:13 6756


İranın dövlət informasiya agentliyi IRNA yaxın günlərdə Azərbaycanda öz bürosunu açacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Şuşa Qlobal Media Forumunda məlumat verilib.

Agentliyin Azərbaycanda nümayəndəlik açmasına münasibət bildirən Prezident İlham Əliyev bildirib ki, “IRNA Azərbaycan” iki ölkə arasında münasibətlərin güclənməsinə müsbət təsir göstərəcək.

“Düşünürəm ki, ən yaxşı üsul auditoriyanızı, İrandakı auditoriyanızı Azərbaycandakı reallıqlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa prosesi haqqında məlumatlandırmaqdır. Əlbəttə, yaxşı olardı ki, İranda daha çox insan İkinci Qarabağ müharibəsi və postmüharibə vəziyyəti haqqında, xüsusilə Azərbaycanın daha geniş regional əməkdaşlıq gündəliyi haqqında məlumatlı olsun”, - deyən dövlət başçısı bu media orqanının fəaliyyətinə uğurlar arzulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!