Şuşa Qlobal Media Forumunda sualını ingiliscə səlis çatdıra bilməyən IRNA müxbiri izahat videosu yayıb.
Yenisabah.az xəbər verir ki, İran dövlət informasiya agentliyinin əməkdaşı deyib:
"Bu görüş medianın gələcək dünyadakı durumu ilə bağlı idi, lakin media nümayəndələrinin iştirakı və medianın Azərbaycan prezidentinin sözlərinə diqqət yetirməsinə görə fürsətdən istifadə edib “Azəri IRNA saytı” adını təklif etməyə üstünlük verdik.
Sualın mətni əvvəlcədən hazırlanıb ingiliscə yazılmışdı, amma məsələ burasında idi ki, səsim yaxşı eşidilmirdi və moderatora izahatımdan sonra Azərbaycanın möhtərəm prezidenti IRNA-nın bu hərəkətini müsbət qarşıladığını dedi.
O, suala çox hörmətli və ümidverici cavab verdi və "IRNA Azərbaycan"ın İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayacağına əmin olduğunu bildirdi".
Telegram kanalımız