İş adamının meyiti 19 gün sonra TAPILDI

saytların hazırlanması

Evə çatdırılma

İş adamının meyiti 19 gün sonra TAPILDI

Hadisə

24 Avqust 2025 11:39 562


Türkiyəli iş adamı Halit Yukayın cəsədi 19 gündən sonra tapılıb. Onun cəsədi dənizin 68 metr dərinliyində aşkarlanıb.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki,  bu barədə Türkiyə mətbuatı yazıb. 

Qeyd edək ki, iş adamı avqustun 4-də Yalovadan Bozcaadaya "Graywolf" adlı qayıqla yola düşüb. Həmin gün ondan xəbər ala bilməyən yaxınları Sahil Təhlükəsizlik qruplarına xəbər veriblər.  pizza hut

Cəsədin yeri skan cihazı ilə müəyyən edilib və şəkillər ROV ilə təsdiqlənib. Çanaqqala, Samsun, Yalova və İzmirdən olan dalğıclar Halit Yukayın cəsədini çıxarmaq üçün işlərini davam etdirir.

Məlum olub ki, Yukayın yaxtası "Arel 7" adlı quru yük gəmisi ilə toqquşduqdan sonra batıb. Ekspertiza təsdiq edib ki, Yukayın parçalanmış qayığındakı sürtünmə izləri ilə "Arel 7"nin ön hissəsindəki boya qalıqları bir-birinə uyğun gəlir.

Bundan sonra Yalova Respublika Prokurorluğunun göstərişi ilə gəminin kapitanı İstanbulda saxlanılaraq  həbs edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!