“İş adamları dağlara dağ çəkirlər” –   Direktor  

saytların hazırlanması

Evə çatdırılma

“İş adamları dağlara dağ çəkirlər” – Direktor  

Rəsmi

10 May 2019 16:22 1317


Bu gün Qərbi Kaspi Universitetində  keçirilən  tədbirdə Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Azərbaycan landşaftlarının dağ ərazilərindəki  xüsusiyyətlərindən, burada baş verən təbii təhlükə və risklərdən, endogen və ekzogen proseslərdən danışıb. Həmçinin, o, təhlükə və risklərin olduğu ərazilərdəki məskunlaşmadan da söz açıb. Ramiz Məmmədov qeyd edib ki, Azərbaycan coğrafi baxımdan götürəndə kiçik bir ölkədir. Şimaldan Cənuba məsafə 400 km, Qərbdən Şərqə 500 km-dir. 

“Bu kiçik rəqəmlərə baxmayaraq Azərbaycan geniş diapazona malikdir. Bu geniş diapazonda kəskin dəyişmələr baş verir. Bildiymiz kimi, Azərbaycan Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan və Talış dağlarıyla əhatə olunub. Azərbaycanın orta hündürlüyü 384 m-dir”.

Ramiz Məmmədovun bildirib ki, “iş adamları dağlara dağ çəkirlər. Özbaşınalıq baş alıb gedir”.  pizza hut

O, açıqlamasında qeyd edir ki, bunu Böyük Qafqaz dağına qalxsaq, görə bilərik.

İnstitut direktoru baş verən təbii fəlakətlərdən də danışıb.

“Bayıl sürüşməsi haqqında danışmaq istəyirəm. Əvvəla onu qeyd edim ki, istənilən yamac potensial olaraq sürüşmə zonasıdır. Amma bu yamaclar 2 qüvvənin tarazlığı olduğu zaman heç bir sürüşmə baş verməz. Birinci,  həmin qrupun aşağı yönəlmiş cazibə qüvvəsidir. İkinci isə həmin qrupun sürüşməsi ilə yaranan sürtünmə qüvvəsidir. Əgər bu 2 qüvvə arasında tarazlıq olursa, heç bir sürüşmə hadisəsi baş verməz”.

Toplantıda iştirak edən rabitə elmləri üzrə professor, irlandiyalı Michael Maunsell Azərbaycan və Bakı təəssüratlarından danışarkən qeyd edib ki, ölkəni gözəlləşdirən orada yaşayan insanlardır: “Mən diqqət etdim ki, azərbaycanlılarla irlandiyalılar arasında oxşar cəhətlər çoxdur. Məsələn, azərbaycanlılar da irlandiyalılar kimi çox gülümsəyir və salamlaşmağı sevirlər”.

Modern.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!