“İş yox, çörək yox, 5 nəfər bir otaqda qalırıq” - “Artsax”ın “deputat”ı

saytların hazırlanması

Evə çatdırılma

“İş yox, çörək yox, 5 nəfər bir otaqda qalırıq” - “Artsax”ın “deputat”ı

Maraqlı

27 Oktyabr 2023 12:36 13579


“İndi Ermənistanda qızımın evindəyəm, beşimiz bir otaqlı evdə yaşayırıq”. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri özünü buraxmış qondarma rejimin “hakim” “Azad Vətən” partiyasının deputatı Nella Qriqoryan deyib. 

O, Qarabağdan Ermənistana köçən ermənilərin Paşinyan hakimiyyəti tərəfindən sıxışdırıldığını bəyan edib.  pizza hut

“Mən istərdim ki, “Artsax” qalsın, amma gördüyüm kimi, hər şey hakimiyyət tərəfindən neytrallaşdırılır və iqtidardakılar onun qalmasını istəmirlər. 

Burada “Artsax”dan olan heç kimə iş vermirlər. İş yox, çörək yox. Mən demirəm ki, insanlarımız gəlib burada ən yaxşı işlərdə işləsinlər, yox, amma heç olmasa, onların da normal bir işi olsun ki, yaşaya bilsinlər”. 

Onun sözlərinə görə, indi Ermənistan hakimiyyətindəkilər deyir ki, Samvel Şahramanyan “Artsax”ı təhvil verib: 

“Samvel Şahramanyan “Artsax”ı necə təhvil verə bilərdi? O da bizim kimi İrəvana gəlib. “Prezident” “Artsax”ı xilas etmək istəyirdi, lakin ona cəmi iki saat vaxt verilmişdi ki, ləğvetmə ilə bağlı sənədi imzalasın. Onun heç bir günahı yoxdur. 

Araik Arutyunyan deyirdi ki, ruslar onunla müzakirə aparmır. Səbəb də bu idi ki, ruslar Arutyunyanla əməkdaşlıq etmək istəmirdilər. Amma belə bir fikir var idi ki, Şahramanyan “prezident” olsa, vəziyyət dəyişəcək, hər şey yaxşı olacaqdı. Araik Arutyunyan bizə dedi ki, “istefa ərizəsi” verdikdə hər şey yaxşılığa doğru dəyişəcək. O, düşünürdü ki, ruslar Şahramanyanla əməkdaşlıq edəcək və bizim üçün hər şey yaxşı olacaq. Biz də Şahramanyanı seçdik, amma hər şey əksinə oldu”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aləmşah bəyim
    Bəs sənin qırıb tökdüyün adamlar? Bəs sağ qalan Qarabağlılar? Onlar çadırda yaşayanda bilmədin ki başına gələr sənin də
    3 years ago
  • Aləmşah bəyim
    Ay uydurma deputat Qarabağdan qovduğunuz vətəndaşlarımız şadırda yaşayırdılar. Sən burdan maşında rahatca getdin. Barı sus.
    3 years ago