Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər bir müddət öncə dediyi Məhəmmədəmin Rəsulzadənin heykəli ilə bağlı foto paylaşıb.
“Yeni Sabah” xəbər verir ki, İsa Qəmbər haqqında danışdığı abidə modelinin bu olduğunu qeyd edib: “Məhəmməd Əmin Rəsulzadənin məşhur heykəltəraş Ömər Eldarov tərəfindən 1993-cü ildə hazırlanmış, bizim 1994-ün yanvarında gördüyümüz heykəl!
Fotolar çox yüksək keyfiyyətli olmasa da əsər haqda təsəvvür üçün məncə yetərlidir. pizza sifarişi
Rejim addım atmasa biz xalqla birlikdə bu heykəli Bakımızın ən gözəl guşələrindən birində ucaldacağıq!
Öndərimizin daha yaxşı heykəlini yaratmağa iddialı sənətkarlarımızın təkliflərini dinləməyə də hazırıq”.
Telegram kanalımız