İsa Qəmbər üçün özəl gün

saytların hazırlanması

Evə çatdırılma

İsa Qəmbər üçün özəl gün

Siyasət

24 Fevral 2019 15:18 1371


Bu gün Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin doğum günüdür.

“Yeni Sabah” xəbər verir ki, İsa Qəmbər 62 yaşını qeyd edir.

O, 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-74-cü illərdə 62 saylı Bakı şəhər orta məktəbində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib. Sezar pizza

1979-82-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-90-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub. Akademiyada işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri geniş mütailə və tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə maraqlanıb. "1978-79-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb.

AXC-nin yaradıcılarından biri, ilk İH-nin üzvü, 1990-91-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub.

1990-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylannda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.

Evlidir, iki övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!