“İsa Qəmbər və İsgəndər Həmidov doğma kəndlərini qoruya bilmədilər“

“İsa Qəmbər və İsgəndər Həmidov doğma kəndlərini qoruya bilmədilər“

Siyasət Veb saytların hazırlanması

01 Fevral 2019 19:06 956


“Son dövrlər radikal müxalifət hər hansı bir aksiyanı, qanunsuz mitinqə çevirmək niyyəti ilə fəaliyyət göstərir. 2008-ci ildə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əhəmiyyətli dəyişikliklər etdik və onun icrası nəticə göstərdi. Əhali bilməlidir ki, radikal müxalifətin məqsədi nə Məhəmməd Əmin Rəsulzadəni, nə də 20 yanvar şəhidlərini anmaqdır. Onların məqsədi istənilən belə tədbirdə qanun pozuntusu törətməkdir. Məqsəd icazəli mitinq keçirmək deyil, hər bir halda mövcud olan ictimai-siyasi sabitliyi pozmaqdır”.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O bildirib ki, Azərbaycanda bu qədər çox şəhid olmasının səbəbkarları 1992-ci ildə hakimyyətdə olanlardır: “Əgər onlar – o zaman ki parlament sədri (İsa Qəmbəri nəzərdə tutur - red), daxili işlər naziri (İsgəndər Həmidovu nəzərdə tutur - red) heç olmazsa, öz doğulduqları kəndi, rayonu qoruya bilsəydilər, bu qədər şəhid olmazdı. Baxmayaraq ki, Naxçıvan həm Ermənistan, həm də o zaman Azərbaycanda hakimiyyətdə olanlar tərəfindən blokadaya alınmışdı, sovet qoşunları Naxçıvandan çıxarılmışdı, Heydər Əliyev Naxçıvanı qorudu. Onlar isə heç öz kəndlərini, rayonlarını qoruya bilmədilər”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!