İsa Qəmbərdən sərt açıqlama: “Hakimiyyət süni gərginlik yaratmaqda maraqlıdır”

saytların hazırlanması

Evə çatdırılma

İsa Qəmbərdən sərt açıqlama: “Hakimiyyət süni gərginlik yaratmaqda maraqlıdır”

Siyasət

27 Fevral 2019 01:29 1385


Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bu gün “Ana abidəsi”nin ziyarəti zamanı polislə müsavatçılar arasında baş verən insidentə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, o Toplum.TV-yə açıqlamasında bunu biabırçılıq adlandırıb. O, hakimiyyətin ağrılı günlərdə bu qədər zorakı addımlar atmasını, müqəddəs məkanları ziyarət etməyiin qarşısını almağa cəhd göstərilməsinin heç bir şəkildə qəbul edilə bilməzliyini qeyd edib: “Bunu niyə etmələrinin müxtəlif versiyalar ola bilər. Bəlkə də, güc göstərmək istəyirlər. Bir tərəfdən hakimiyyət cəmiyyətin problemlərini araşdırıb qismən də olsa, həll edərək ölkədəki sosial gərginliyi azaltmağa çalışdığını deyir. Digər tərəfdən isə demokratik düşərgənin aparıcı qüvvələrinə - Müsavat Partiyasına qarşı bu cür kobudluq edir. Bir növ Müsavatı - gerçək müxalifəti cəmiyyətdən təcrid etməyə çalışırlar. İstər-istəməz bu cür addımlar düşünməyə vadar edir ki, hakimiyyət süni gərginlik yaratmaqda maraqlıdır. Çünki bu gün Müsavat Partiyasının hər hansısa bir aksiya keçirmək niyyəti yox idi. Sadəcə, hər il olduğu kimi abidəni ziyarət edib Xocalı qurbanlarını, şəhidləri yad edəcək, ruhlarına dua oxuyacaq, bir neçə kəlimə deyib, gül dəstələri qoyub çəkiləcəkdik. Bu, hər il olur və heç bir problem də olmurdu. İndi isə hakimiyyətin belə süni problem yaratması məhz elə hakimiyyətin gərginlik yaratmaq istəyindən xəbər verir". 

İsa Qəmbər deyir ki, hakimiyyət bu cür gərginliklər yaratmaqla heç nə qazana bilmir: "Maraqlısı odur ki, bu gərginlikdən hakimiyyət heç bir şey qazanmır. Açıq danışaq, əgər demokratik düşərgə hakimiyyətlə hər hansı bir razılaşdırılmamış aksiya keçirmək istəsə, hansısa bir gərginlik yaratsa, o zaman başa düşmək olar ki, hakimiyyət özünü qorumaq üçün belə addımlar atır. Ancaq bu cür müqəddəs günlərdə, 20 Yanvar, Xocalı faciəsi günü bu cür ziyarətlərin qarşısını almağa cəhd süni şəkildə gərginlik yaratmaq cəhdidir və hakimiyyət bundan heç bir şey qazanmır, əksinə özünü ölkədə, cəmiyyətin gözündə, beynəlxalq miqyasda - bütün dünyanın gözündə biabır edir. Ona görə də hakimiyyətin bu cür addımlarının məntiqi yalnız hansısa xırda, cılız maraqlarla şərh edilə bilər. Hansısa ciddi maraq hakimiyyət tərəfindən bəhanə kimi ortaya qoyula bilməz. Amma istənilən halda biz bu ağır şəraitdə diqqətli və məsuliyyətli davranış sərgilədik. Qarşıdurmanın günahkarının da kim olması ortaya çıxdı".  Marqarita pizza

İ. Qəmbər deyib ki, hakimiyyətin bu kobud, məntiqsiz, mənasız, məsuliyyətsiz davranışına görə 20 Yanvar şəhidlərinin, həmçinin də Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmək fikrindən geri çəkiləsi deyillər: “Hakimiyyət ağlını başına yığmaqlı, bu cür mənasız qarşıdurmalara son qoymalıdır”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!