İşarə edilən “qiyamət” tarixi gəldi:   28 Fevralda nə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

İşarə edilən “qiyamət” tarixi gəldi: 28 Fevralda nə olacaq?

Maraqlı

25 Fevral 2025 17:36 5704


Dünyanın ən uzun müddətli animasiya seriallarından biri olan "Simpsonlar" illər ərzində diqqətçəkən proqnozları ilə məşhurluq qazanıb. Koronavirus pandemiyasından Neymarın zədələnməsinə, Fukusima fəlakətindən mutant tərəvəzlərə qədər bir çox hadisə serialın köhnə epizodlarında yer alıb və sonradan gerçəyə çevrilib. 

Yenisabah.az xəbər verir ki, animasiyada indi də yeni bir tarixə, 28 fevral 2025-ci ilə diqqət yetirirlər. Təxminlərə əsasən, bu dəfə "Simpsonlar" qiyamətə işarə edir.

1998-ci ildə yayımlanan “Sprinqfilddə Son Gün” adlı epizodda şəhərin tamamilə elektriksiz qaldığı bir ssenari təsvir edilir. Homer Simpsonun işə gedə biləcəyi heç bir maşın, işləyən telefonlar və hətta atom elektrik stansiyası belə yoxdur. Sanki dünya orta əsrlərə qayıdıb. pizza

Bundan başqa, 2023-cü ildə yayımlanan digər bir bölümdə 28 fevral 2025-ci ildən sonra enerjinin tükənəcəyi qeyd olunur. İzləyicilər bu iki səhnəni əlaqələndirərək həmin tarixdə böyük bir enerji böhranının baş verə biləcəyini düşünürlər.

Bundan əlavə, son günlər "Simpsonlar"ın başqa bir proqnozu da sosial mediada geniş müzakirə olunur. Məşhur repçi Puff Daddy-nin həbsindən sonra pərəstişkarlar bu hadisənin də əvvəlcədən serialda göstərildiyini iddia edirlər.

2016-cı ildə yayımlanan 28-ci mövsümün bir epizodunda ağ geyinmiş məşhurların qatıldığı dəbdəbəli bir ziyafət səhnəsi var. İzləyicilər bu səhnənin, son günlər qalmaqallarla gündəmə gələn və Puff Daddy-nin təşkil etdiyi iddia edilən partilərə bənzədiyini bildirirlər.

Leonardo DiCaprio, Beyoncé və Jennifer Lopez kimi məşhurların adının hallandığı qalmaqallar və "Simpsonlar"ın əvvəlki proqnozları nəzərə alındıqda, 28 fevral 2025-ci ildə nələrin baş verəcəyi daha da maraq doğurur.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!