İşçisini döyərək komaya salan bələdiyyə sədri: “Bizi bura adam döyməyə təyin ediblər?”

saytların hazırlanması

Evə çatdırılma

İşçisini döyərək komaya salan bələdiyyə sədri: “Bizi bura adam döyməyə təyin ediblər?”

Siyasət

15 Mart 2019 17:57 998


Masazır bələdiyyəsinin sədri ilə işçisi arasında mübahisə yarandığına dair xəbərlər yayılıb. 

Məlumata görə, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və bələdiyyənin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu ilə arasında dava olub və  bələdiyyə sədri müfəttişi nalayiq söyüşlərlə təhqir edərək döyüb.

Bələdiyyə sədri Siyanfər Əliyev  barəsində yayılan məlumatlarla bağlı işçisi ilə hər hansı mübahisəsinin, yaxud döyülmə olayının baş vermədiyini deyib. Onun sözlərinə görə, yerli mətbuatda belə bir xəbərin yayılması qərəz və şantajdan xəbər verir: pizza

“Mətbuatda yazılanlar doğru deyil. Boş-boşuna, şantaj xarakterli məlumatdır ki, kimlərsə ortaya atıb. İş olan yerdə təbii ki, problem də olur. Rəhbəri onsuz da çox adam istəmir. Martın 7-də işçim Ürfət evə gedəndə komaya düşüb. Bu adam dəfələrlə infarkt keçirib. Bu səbəbdən çox vaxt işə gəlmirdi, evdə yatırdı. Mən onu məcbur işə gətirirdim ki, həm səhhətinə görə piyada gəzsin, həm də az-çox qazancı olsun. Komaya düşdüyü gün şəkəri qalxıb. Təcili yardım maşını gec gəldiyi üçün doğmaları gəlib özləri xəstəxanaya aparıblar. Sonradan mətbuatda belə bir yalan informasiya yayıblar. Halbuki ailəsi və hüquq- mühafizə orqanları Ürfət Hüseynovdan xəstəxanada yazılı ərizə də alıblar. Yəni, mənim onu döydüyüm faktı təsdiqini tapmayıb. Ürfət hələ də xəstəxanadadır və bu gün palataya köçürüləcək”. 

Bələdiyyə sədri daha əvvəl başqa bir bələdiyyə üzvünü döydüyü iddiasına da toxunub: 

“Mən anlamıram. Saytlar nə gəlir yazır. Bizi bura adam döyməyə təyin ediblər, ya millətə xidmət etməyə? Masazırın 83 min əhalisi var. Bu qədər insanın da sosial problem və qayğıları var. Tək adam bu qədər yükü təbii ki, çəkə bilməz. Ən azı torpaq vergisi məsələsində çətinlik çəkirik. İnsanların yaşayışı və mənim işim də göz qabağındadır. Masazırda polinklinika, uşaq bağçası və məktəb tikməyim, yol və su çəkməyim hər kəsə bəllidir. Bu yaxınlarda qəsəbədə 11 kilometr kanalizasiya xətti çəkmişəm. 24 dəfə təmir etdirmişəm. Təbii ki, bunları gözü götürməyənlər var. Hansı bələdiyyələr bu gün işləyir? Abşeronun bu gün elə bələdiyyələri var ki, 29 aydır ki, maaş ala bilmirlər. Vergiləri sıxmasaq, sizcə maaş almaq mümkündür? Bələdiyyədə 42 nəfər işçim işləyir. Niyə onların arasında məhz Ürfəti döydüm? Onun atası və babası ilə dost olmuşam. Ailəsi də çıxıb təkzib verdi ki, belə bir olay yaşanmayıb. Niyə mənim adımı hallandırırlar?” 

Cebhe.info


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!